Ona da orden verildi

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand Britaniya imperiyasının ordeni ilə təltif edilib.

Komanda.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı keçmiş futbolçu Böyük Britaniya kraliçası II Yelizavetanın ad günündə mükafatlandırdığı şəxslər siyahısına daxil edilib.

Keçmiş müdafiəçi futbolda və xeyriyyəçiliyə xidmətlərinə görə “Zabit ordeni” alıb.

Ferdinand “Mançester Yunayted”də 455 oyun keçirib. 2012-ci ildə o, xeyriyyə fondu təsis edib. Fond 10 000-dən çox insana yardım edib.

“Liverpul”un futbolçusu Ceyms Milner də Britaniya imperiyasının ordeni ilə təltif edilib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button