Futboldan ömürlük uzaqlaşdırıldılar – öz qapılarına 41 top vurduqları üçün
Cənubi Afrikada futbol üzrə 3-cü liqada qəribə hadisə baş verib.
Komanda.az xəbər verir ki, iki futbol matçında böyük hesablar qeydə alınıb.
İkinci liqaya yüksəlmək istəyən “Matiyasi” klubu “Nsami Mighty Birds”lə oyunda 59:1 hesablı qələbə qazanıb. Maraqlısı budur ki, qarşılaşmada “Nsami Mighty Birds” komandası 41 topu öz qapısına vurub.
Federasiya araşdırma apararaq matçın danışılmış olduğunu bildirib və hər iki komandanı ömürlük futboldan uzaqlaşdırıb.
Eyni liqada mübarizə aparan “Shivulani Dangerous Tigers” isə “Kototo Happy Boys”la görüşdə 33:1 hesabı ilə qələbə qazanıb. Bu oyunda “Kototo Happy Boys” futbolçuları 7 avtoqola imza atıb. Yerli federasiya bu matçın da danışılmış olduğunu bildirərək komandalara ömürlük futbol qadağası cəzası verib.
Bizi Facebook-da izləyin