“Omoniya”nın 3 futbolçusu “Qəbələ” ilə matçı buraxacaq
Kiprin “Omoniya” klubunun üç futbolçusu UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ” ilə ilk matçı buraxacaq.
Komanda.az Nikosiya təmsilçisinin mətbuat xidmətinə istinadən məlumatına görə, müdafiəçilər Nikolas Panagiotu, Paris Psaltis və monteneqrolu yarımmüdafiəçi Novirtsa Erakoviç Qəbələdəki oyunda iştirak etməyəcəklər.
Adıçəkilən oyunçular zədədən əziyyət çəkdikləri üçün Azərbaycana yollanan heyətdə yer almayıblar.
İyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Omoniya” matçı saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin