“Omoniya” “Qəbələ” ilə oyunlar üçün 21 futbolçu sifariş etdi
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Omoniya”nın iştirak ərizəsi açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Kipr təmsilçisi ölkəmizə 21 futbolçu ilə gələcək:
Qapıçılar: Konstantinos Panagi, Frensis Uzoho, Fabiano Ribeyro, Çaralambos Kyriakidis;
Müdafiəçilər: Paris Psaltis, Adam Metyus, Senou Kulibali, Markinyos Çipriano, Yan Leciaks, Adam Lanq, Nikolas Panayotu, Nemanya Miletiç;
Yarımmüdafiəçilər: Moreto Kasama, Fuad Bəşiru, Veliko Simiç, İoannis Kusulos;
Hücumçular: Villi Semedo, Andronikos Kakullis, Kərim Ənsarifərd, Panayotis Zakariu, Roman Bezos.
Xatırladaq ki, “Qəbələ” ilə “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab matçı isə avqustun 3-də Nikosiyada keçiriləcək.
Bizi Facebook-da izləyin