“Omoniya” cərimə ödəyəcək – “Qarabağ”a görə
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi “Qarabağ”ın Konfrans Liqasındakı rəqiblərindən olan “Omoniya”nı (Kipr) cərimələyib.
Komanda.az UEFA-ya istinadən xəbər verir ki, Nikosiya klubunun azarkeşlərinin evdə “Qarabağ”a qarşı keçirilən qrup oyununda meydana yad əşyalar atması cəriməyə səbəb olub.
“Omoniya” 3 750 avro məbləğində cərimə olunub. Kipr klubu qərar verildikdən sonra 90 gün müddətində cəriməni ödəməlidir.
Hadisə “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə bitən matçın 52-ci dəqiqəsində baş verib. “Köhlən atlar”ın yarımmüdafiəçisi Kadi Borges hesabı bərabərləşdirdikdən sonra qolu qeyd etmək üçün meydanın kənarına gedib. Bu zaman kiprli tərəfdarlar meydana su şüşələri atıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin