“Omoniya” Bakıya azarkeşsiz gələcək

Kiprin “Omoniya” komandası Bakıda “Araz-Naxçıvan”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa azarkeşsiz gələcək.

Komanda.az xəbər verir ki, bu barədə Nikosiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komandanın Azərbaycana səfəri üçün bütün icazələr yalnız bu gün verildiyi üçün fanatları Bakıya aparmaq mümkün olmayacaq.

Bakıya təkbaşına gəlmək istəyində olanların klubla əlaqə saxlamaları istənilib.

“Araz-Naxçıvan” – “Omoniya” matçı avqustun 7-də “Dalğa Arena”da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button