Kumanla yollar ayrıldı
Oman milli komandası baş məşqçisi Ervin Kumanla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Oman Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Kumanın göndərilməsinə səbəb, Oman yığmasının Körfəz kubokunda uğursuz çıxış etməsi olub.
Fevralda milli komandaya baş məşqçi təyin olanan 57 yaşlı mütəxəssis 2 illik müqavilə imzalamışdı.
Oman millisi Körfəz kubokunda Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveytlə bir qrupda mübarizə aparırdı. Üç oyuna 4 xal toplayan Oman millisi mübarizəni dayandırmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin