Jiru: “Bundan sonra Fransa millisinin fanatıyam”
Fransa millisinin hücumçusu Olivye Jiru sosial şəbəkədə milli komandadan ayrıldığını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard səhifəni vərəqləməyin vaxtının çatdığını bildirib:
“Səhifəni vərəqləmək vaxtıdır. Mən başqa macəralara keçirəm. Bundan sonra Fransa millisinin fanatıyam. 13 il çalışdığım komanda ürəyimdə əbədi qalacaq. Bu, mənim ən böyük qürurum və ən gözəl xatirəmdir”.
37 yaşlı futbolçu Fransa millisinin heyətində AÇ-2024-də son oyununu turnirin yarımfinalında İspaniyaya qarşı keçirib (1:2). O, bu matçda 16 dəqiqə meydanda olub. Jiru Avropa çempionatında qol vurmadan 4 oyunda iştirak edib.
Jiru Fransa millisində 137 oyun keçirib və 57 qol vurub. O, komanda tarixində ən çox qol vuran oyunçudur.
Bizi Facebook-da izləyin