Potterə və övladlarına ölüm arzulayırlar
“Çelsi”nin baş məşqçisi Qrem Potter London təmsilçisinin azarkeşlərinin ona ünvanladığı elektron-məktublar barədə danışıb.
Komanda.az “Reuters”-ə istinadən xəbər verir ki, Potter “zadəganlar”ın fanatlarının ona və övladlarına ölüm arzulaması ilə bağlı mesajlarını diqqətə çatdırıb:
“Dəstək mesajları ilə yanaşı, mənim və övladlarımın ölümünü arzulayan mesajlar da azarkeşlər tərəfindən elektron-poçt ünvanıma göndərilir. Bu, xoşagəlməzdir.
Belə olduğu halda, necə davranmalıyam? Həmişə demişəm: nə qədər zirvədə olsaz, bir o qədər təzyiqlə üz-üzə gələcəksiz”.
“Çelsi” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 31 xalla 10-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin