
Olmonun qayıdacağı vaxt bəlli olub
“Barselona”nın yarımmüdafiəçisi Dani Olmonun meydana qayıdışının dəqiq tarixi məlum olub. O, hazırda zədəsini sağaldır.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, kataloniyalılar heç bir riskə getmək istəmir və bu səbəbdən, aprelin 26-da keçiriləcək Kral kubokunun finalına qədər Olmodan istifadə etməyi planlaşdırmır.
Ölkə kubokunun finalında “Barselona”nın rəqibi “Real” olacaq. Bu matça qədər Hans-Diter Flikin komandasının hələ dörd oyunu var.
Olmo bu mövsüm bütün turnirlərdə 28 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



