“Barselona” Olmoya görə natahatdır
“Barselona” yarımmüdafiəçi Dani Olmonun zədəli olmasından narahatdır.
Komanda.az “Barsa Universal”-a istinadən xəbər verir ki, ispan oyunçu “Las Palmas”a məğlub olduqları matçda (1:2) yeni zədə alma riski səbəbindən ehtiyat oyunçular skamyasında qalıb.
“Barselona” Olmonun səhhətindən narahatdır. Əzələ kövrəkliyi 26 yaşlı futbolçunun həftədə üç oyun keçirməsini çətinləşdirir.
Olmo cari mövsümdə Hans-Diter Flikin komandasında keçirdiyi 10 matçda 6 qol vurub. O, avqust ayında 55 milyon avro qarşılığında Almaniyanın “Leyptsiq” klubundan alınıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin