
Olmonun durumuna aydınlıq gəldi
“Barselona” üç həftə Dani Olmonun xidmətindən istifadə edə bilməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
“Osasuna” ilə görüşün əvvəlində sıradan çıxan Olmo 28-ci dəqiqədə əvəzlənmişdi. Klubun açıqlamasında keçirilən testlərdən sonra onun sağ ayağındakı əzələlərin zədələndiyini və bərpa üçün üç həftə lazım olduğu bildirilib.
İspaniyalı futbolçu “Barsa”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşan oyunun 21-ci dəqiqəsində penaltidən qol da vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



