“Barselona”nın futbolçusunun dişi qırılıb

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo La Liqanın 16-cı turunun “Betis”lə oyunda (2:2) Sergi Altmira ilə toqquşduqdan sonra ön dişini itirib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu meydanda diş axtararkən matçın baş hakimi Aleksandro Muniz Ruiz hətta oyunu dayandırıb.

Olmo dişini tapdıqdan sonra məyus olub və onu tullayıb.

27 yaşlı vinger cari mövsümdə bütün yarışlarda 12 matçda iştirak edib, 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button