
“Barselona”nın yeni transferi zədələnib?
İspaniya millisində olarkən zədələnən “Barselona”nın yeni futbolçusu Dani Olmo tezliklə sağalacaq.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ciddi zədə almayıb və buna görə də, La Liqanın “Jirona” ilə matçında komandasına kömək edə biləcək. Görüş sentyabrın 15-də baş tutacaq.
Olmo Kataloniya nəhənginin sıralarına bu yay qoşulub. “Barselona” 26 yaşlı futbolçunu Almaniyanın “Leyptsiq” klubundan 55 milyon avroya alıb. Tərəflər 2030-cu ilin ortalarına qədər müqavilə imzalayıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin