“Barselona”nı sevindirən qərar

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo və hücumçusu Pau Viktor qalan matçlarda meydana çıxa biləcək.

Komanda.az AS-a istinadən xəbər verir ki, İnzibati Məhkəmə, La Liqa rəhbərliyinin kataloniyalıların maliyyə feyr-pley qaydalarını pozması ilə bağlı daha bir şikayətini araşdırıb. İnzibati Məhkəmə bu oyunçuların qeydiyyatını təsdiqləyib və bununla da, İspaniya Ali İdman Şurasının əvvəllər qəbul etdiyi qərarla razılaşıb.

Olmo və Viktorun lisenziyası ilə bağlı məsələ daha sonra həll olunacaq və onların mövsümün qalan oyunlarında iştirakına mane olmayacaq. Hər iki futbolçu “Barselona”nın sıralarına ötən yay qoşulub.

Olmo 18 liqa matçında 7 qol vurub və 2 məhsuldar ötürmə edib, Viktor isə 16 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button