Sabah “Barselona” üçün həlledici gün ola bilər
“Barselona”nın prezidenti Xuan Laporta komandanın yarımmüdafiəçisi Daniel Olmo və hücumçu Pau Viktorla mövcud vəziyyətə görə yollarını ayırmağı planlaşdırmır.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi çempionatın ikinci yarısı üçün oyunçuların qeydiyyatı ilə bağlı problemi yanvarın 3-də həll edəcəyini vəd edir. Klub “Kamp Nou” stadionunda VİP yerlərin alqı-satqısı müqaviləsi əsasında ödəniş alındıqdan sonra bütün maliyyə məsələlərinin həll olunacağını bildirib.
Daha əvvəl “Barselona”nın müvafiq maliyyə nəzarəti qaydalarına əməl edə bilmədiyinə görə Olmo və Viktoru qeydiyyatdan keçirə bilmədiyi bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin