
Olmo İsveçrə ilə oyunu buraxacaq
İspaniya millisinin yarımmüdafiəçisi Dani Olmo Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunun İsveçrə yığması ilə oyununda iştirak etməyəcək.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu zədə səbəbindən matçı buraxacaq.
Olmo Serbiya millisi ilə əvvəlki oyunda zədələnib. Oyun 0:0 hesabı ilə heç-heçə başa çatıb.
26 yaşlı yarımmüdafiəçi yay transfer pəncərəsində 55 milyon avro qarşılığında “Leyptsiq”dən “Barselona”ya keçib. Tərəflər 2030-cu ilin ortalarına qədər müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin