Olmo: “Evə xoşbəxt qayıdıram”
İspaniyalı yarımmüdafiəçi Dani Olmo “Barselona”da debütü haqda danışıb.
Komanda.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu həqiqətən də, debüt etmək istədiyini və bunu uğurlu həyata keçirdiyini bildirib:
“Özümü həqiqətən yaxşı hiss etdim və bir neçə ildir qalib gəlmədiyi bir meydanda komandaya kömək etdikdən sonra evə xoşbəxt qayıdıram”.
Olmo avqustun 27-də İspaniya çempionatının 3-cü turunun “Rayo Valyekano”ya qarşı oyununda (2:1) əvəzetmədən meydana çıxıb və qələbə qolunu vurub.
26 yaşlı futbolçu bu transfer pəncərəsində “Leyptsiq”dən “Barselona”ya keçib və klubla 2029-cu ilin yayına qədər olan müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin