Olmo: “Bu dəfə ispan futbolu qalib gəldi”
“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo “qızıl top”un nəticələri ilə bağlı fikirlərini bölüşüb. Builki mükafatı İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes qazanıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Rodrinin bir neçə ili yüksək səviyyədə keçirdiyini bildirib:
“Rodri bir neçə ili yüksək səviyyədə keçirdi. Bu illərin zirvəsi AÇ-2024-dəki qələbə oldu. O, bu mükafata layiq idi. Baxmayaraq ki, başqa layiqli namizədlər var idi, məsələn, Dani Karvahal. Bu dəfə ispan futbolu qalib gəldi”.
“Real”ın braziliyalı hücumçusu Vinisius Junior “qızıl top”un səsverməsində ikinci yeri tutub. İlk üçlüyü “kral klubu”nun digər oyunçusu Çud Bellingem tamamlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin