Olmo bir aydan çox davam edən “qol orucu”nu pozub

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo bir aydan çox davam edən “qol quraqlığı”na dünən La Liqanın 27-ci turundan təxirə salınmış “Osasuna” ilə matçında (3:0) son qoyub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Osasuna”nın qapıçısı Serxio Herrera ilə təkbətək qalan Qavi yerə yıxıldıqdan sonra hakimin təyin etdiyi penaltidən fərqlənib.

Olmonun martın 27-dən əvvəlki son qolu fevralın 22-də olub. O vaxtdan bəri o, bütün yarışlarda 7 oyun keçirib və qol vura bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button