ÇL: Olmo “Bayern”lə oyunu buraxa bilər
Dani Olmo UEFA Çempionlar Liqasının 3-cü turunun matçında oynamamaq riski ilə üzləşib.
Komanda.az xəbər verir ki, bu barədə ‘Diario Sport” nəşri məlumat yayıb.
Kataloniya klubu ispaniyalı oyunçunun zədəsinin təkrarlanmasından ehtiyat edir. Bu baxımdan, o, La Liqanın “Sevilya” ilə son matçda (5:1) iştirak etməyib, həmçinin “Bayern”lə oynamamaq riskini daşıyır. Görüş oktyabrın 23-də İspaniyada baş tutacaq.
26 yaşlı yarımmüdafiəçi İspaniya çempionatının cari mövsümündə 3 oyun keçirib, 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin