
“Barselona” güclü rəqiblə yaxşı oyun keçirdi”
“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo UEFA Çempionlar Liqasının 6-cı turunda Dortmund “Borussiya”sı ilə səfər oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu “Barselona”nın güclü rəqiblə yaxşı oyun keçirdiyini bildirib:
“Barselona” güclü rəqiblə yaxşı oyun keçirdi. Daha çox qol vura bilərdik. İndi komandamız turnir cədvəlində əla yer tutur. Növbəti hədəfimiz daha yaxşı olmaqdır. Görək nə qədər irəli gedə bilərik”.
“Barselona” “Borussiya”ya 3:2 hesabı ilə qalib gəlib. Hans-Diter Flikin komandası 6 turdan sonra 15 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin