“İndi mən olmaq istədiyim komandada oynayıram” – “Yuventus”un futbolçusu
“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli İtaliya çempionatının 9-cu turunda “Milan” üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu qələbə qolunu vurduğu qarşılaşma ilə bağlı təəssüratlarını bölüşüb:
“Həyat həqiqətən inanılmazdır. 7 il əvvəl olduğu kimi, eyni gündə “San Siro”da ailəmə həsr etdiyim qol vururam. Bu, mənim üçün xüsusi yerdir, mən burada böyümüşəm. Buna görə də, həqiqətən, xüsusi bir axşamdır. Çünki indi mən olmaq istədiyim komandada oynayıram”.
Lokatelli bu mövsüm Turin komandasının heyətində 9 oyun keçirib, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin