Olmo narazıdır

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo baş məşqçi Hans-Diter Flikə komandadakı ikinci dərəcəli roldan məmnun olmadığını deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu rəqabətin yüksək olduğunu başa düşür, lakin o, komandanın əsas oyunçularından birinə çevrilməkdə qərarlıdır.

Kataloniya komandası İspaniya La Liqasının yeni mövsümünün ilk turunda səfərdə “Malyorka”ya 3:0 hesabı ilə qalib gəlib. Olmo fasilədən sonra əvəzedici kimi meydana çıxıb və ikinci hissəni tam oynayıb. Komanda növbəti matçını avqustun 23-də, səfərdə “Levante”yə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button