“Ölkənin yarısı bizim çempion olmamağımızı istəyirdi” – “Bayern” rəsmisi
“Bayern”in Müşahidə Şurasının üzvü Karl-Haynts Rummenigge “Bayer”in (Leverkuzen) cari mövsümdəki nəticələrini şərh edib.
Komanda.az AS-a istinadən xəbər verir ki, keçmiş futbolçu, “Bayer”in baş məşqçisi Xabi Alonsonu təbrik edib:
“Ölkənin yarısı bizim çempion olmamağımızı istəyirdi və bu mövsüm onların arzusu nəhayət, reallaşdı. Alonsonu təbrik edirəm. İndi biz gələn il yenidən çempion olmaq üçün gücümüzü toplamalıyıq”.
Xabi Alonsonun komandası Almaniya Bundesliqasında yarışın bitməsinə bir neçə tur qalmış çempionluğu təmin edib. Eyni zamanda, onlar Almaniya superkubokunda və Avropa Liqasında mübarizələrini davam etdirirlər.
Münhen klubu Bundesliqada ikinci yerdədir. Növbəti oyunda “Bayern” Çempionlar Liqasının yarımfinalında səfərdə “Real”la qarşılaşacaq. İlk görüş 2:2 hesablı bərabərliklə başa çatıb.
Bizi Facebook-da izləyin