“Ölkəmizin forması, gerbi və himni uğrunda ölmək üçün birləşməliyik”

Futbol üzrə DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Serbiya yığmasının yeni baş məşqçisi Draqan Stoykoviç açıqlama verib.

Komanda.az xəbər verir ki, Serbiya Futbol İttifaqının saytına danışan yeni baş məşqçi bunları deyib:

“Tezliklə dünya çempionatının seçmə mərhələsinin oyunları start götürəcək. Oyunlara ciddi hazırlaşır, rəqibləri təhil edirik”.

56 yaşlı mütəxəssis, ilk iki turda qarşılaşacaqları İrlandiya və Portuqaliya yığmalarının çətin rəqiblər olduğunu bildirib:

“Bu komandalar bizim ilk iki yer uğrunda mübarizədə əsas rəqiblərimizdir. Bu yaxınlarda dediyim kimi, ölkəmizin forması, gerbi və himni uğrunda ölmək üçün birləşməliyik. Uğura çatmağın başqa yolu yoxdur”.

Serbiya Futbol İttifaqı Stoykoviçlə 3 illik müqavilə imzalayıb.

Azərbaycan millisi seçmə mərhələdə Serbiya, Portuqaliya, İrlandiya, Lüksemburq və Qətərlə birlikdə A qrupunda mübarizə aparacaq. Yığma komanda serblərlə ilk oyununu martın 30-da, Bakı Olimpiya Stadionunda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button