“Qəbələ” hazırlıq üçün haranı seçəcək? – Açıqlama

“15 iyunda təlim-məşq toplanışının ilkin mərhələsinə başlayacağıq”.

Bu sözləri Komanda.az-a açıqlamasında “Qəbələ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib. O, ilk toplanışın Qəbələdə olacağını söyləyib:

“15 iyunda toplanış başlayacaq və Qəbələdə keçiriləcək. İkinci mərhələnin ölkə xaricində keçirilməsi hələ dəqiqləşməyib. Bu, bir az maliyyə durumundan asılı məsələdir”. 

Hacıyev, “Qəbələ” ilə müqaviləsi bitən və hazırda ölkəsi Braziliyada olan futbolçu Rafael Utziqlə bağlı da danışıb:

“Rafael Utziqin məsələsinə yaxın vaxtlarda aydınlıq gələcək. Bu barədə ictimaiyyəti məlumatlandıracağıq”.

Bizi Telegramda izləyin

Mehri Qurban 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button