“Ölkənin son çempionuna qarşı belə oynayırıqsa…”
“Latsio”nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç İtaliya A Seriyasının 19-cu turunun “Milan”la oyunundakı qələbəni (4:0) şərh edib.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, oyunun möhtəşəm keçdiyini deyib:
“Bu, yəqin ki, ən yaxşı axşamdır. Azarkeşlərimiz qarşısında möhtəşəm oyun oldu. Bütün komanda yaxşı çıxış etdi və qələbəyə layiq idik. Son matçlardakı kimi oynasaq, çox uzağa gedə bilərik. Təbii ki, uğursuzluq anları həmişə olur, lakin biz onların sayını azaltmağa çalışırıq.
Nə vaxtsa Mauritsio Sarrinin rəhbərliyi altında skudetto uğrunda mübarizə apara bilərikmi? Niyə də yox? Ölkənin son çempionuna qarşı belə oynayırıqsa, bizə nə mane olur?
Bəli, “Milan”a heç vaxt qol vurmadığım barədə çox oxumuşdum, amma bu dəfə hər şeyin dəyişəcəyini əvvəlcədən hiss edirdim”.
Milinkoviç-Saviç “Milan”la matçda komandasının ilk qoluna imza atıb.
Bizi Facebook-da izləyin