“Ölkəm üçün AÇ-2024-də risk etməyə hazıram” – “Barselona”nın futbolçusu
Niderland millisinin və “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq son vaxtlar topuğundan zədə almasına baxmayaraq, qarşıdan gələn Avropa çempionatında “narıncılar”ın heyətində oynamaq istədiyini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu, ölkəsi üçün risk etməyə hazır olduğunu söyləyib:
“Ölkəm üçün AÇ-2024-də risk etməyə hazıram. Amma ən əsası odur ki, bu, xroniki ayaq biləyi zədəsinə çevrilməsin. İndi belə görünmür, ona görə də, əməliyyat olunmadım”.
27 yaşlı yarımmüdafiəçi aprelin sonlarında topuğundan zədə alıb və mövsümün sonuna kimi yaşıl meydanlardan kənarda qalıb. Bununla belə, mayın 29-da Niderland millisinin mətbuat xidməti Frenki de Yonqun da yer aldığı 2024-cü il Avropa çempionatı üçün yekun siyahını açıqlayıb.
Bizi Facebook-da izləyin