Ölkə prezidentliyinə namizəd Neymarı ittiham etdi: “Məndən qorxur”
Braziliya prezidentliyinə namizəd Luiz İnasio Lula da Silva PSJ-nin hücumçusu Neymar haqda danışıb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, Lula da Silva, Neymarın hazırkı ölkə prezidenti ilə yaxın olduğuna eyham vuraraq, futbolçunun ondan qorxduğunu deyib:
“Mən əsəbi deyiləm. Neymar kimi istəsə, onu da prezident seçmək hüququna malikdir. Düşünürəm ki, o, seçkidə qalib gələcəyimdən qorxur. Çünki Bolsonaronun onu gəlir vergisi borcuna görə bağışladığını öyrənəcəm. Mənə elə gəlir ki, o, məndən qorxur. Aydındır ki, Bolsonaro Neymarın atası ilə sövdələşib”.
Bundan əvvəl Braziliyada keçirilən seçkilərin ilk turu zamanı Neymar ölkənin hazırkı prezidenti Jair Bolsonaroya oyunçunun Santosdakı akademiyasını ziyarət etdiyi üçün təşəkkür videosu paylaşmışdı.
Neymar bu mövsüm Liqa 1-də 11 oyuna çıxıb, 9 qol vurub və 7 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında 4 oyunda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin