Ölkə prezidenti olmaq istəyir

İrlandiyalı qarışıq döyüş ustası, iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor gələcəkdə İrlandiya prezidentliyinə namizəd ola bilər.

Komanda.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb:

“Mən İrlandiya prezidentliyinə namizədliyimi irəli sürə bilərəm. Hələ çox gəncəm. Gələcəkdə nə vaxtsa özümü bu işə həsr edə bilərəm”.

Makqreqor daha əvvəl UFC-yə qayıtmaq, eyni anda iki çəki dərəcəsində irəliləmək və orta çəki dərəcəsində mübarizə aparmaq istədiyini bildirmişdi. İrlandiyalı idmançı 28 döyüş keçirib və bu döyüşlərdə 22 qələbə qazanıb. O, sonuncu dəfə ötən ilin iyulunda döyüşüb və ilk raundda Dastin Puaryeyə texniki nokautla məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button