Ölkə kubokunda qrup mərhələsinin son oyunları keçirildi

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kubokunda qadınların mübarizəsində qrup mərhələsinin son oyunları keçirilib.

Komanda.az xəbər verir ki, günün ilk qarşılaşması A qrupunda yer alan “Azərreyl” və UNEC komandaları arasında baş tutub.

GİN-in Voleybol Mərkəzində reallaşan matçda birincilər 3:0 hesabı ilə qələbə qazanıblar.

B qrupunda isə “Milli Aviasiya Akademiyası” “Murov Az Terminal”ı 3:1 hesabı ilə üstələyib.

A qrupunda “Gəncə” 6 xalla birinci, “Azərreyl” 3 xalla ikinci olub. B qrupunda isə 5 xala malik “Abşeron” birinci, 4 xalla “Milli Aviasiya Akademiyası” isə ikinci yeri tutaraq yarımfinala yüksəliblər.

Noyabrın 1-də baş tutacaq yarımfinal mərhələsində “Gəncə” – “Milli Aviasiya Akademiyası” və “Abşeron” – “Azərreyl” görüşləri keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button