“Bu mövsümün ləğv edilməsi ədalətsizlik olar”
“Ayaks” klubunun futbolçusu Duşan Tadiç koronavirus pandemiyası və pandemiya səbəbiylə dayandırılan Niderland Erediviziyası haqqında açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı futbolçu, çempionatın taleyi ilə bağlı bunları deyib:
“Hamımız üçün çətin zamandır. Hər kəs üçün vacib olan ilk məsələ sağlamlıqdır. Məqsədimiz ən qısa müddətdə normal həyatımıza qayıtmaq, virusa qalib gəlməkdir. Amma peşəkar futbolçuyam və oynamağı, qalib gəlməyi, kubok qazanmağı sevirəm. Turnir cədvəlində ilk pillədəyik və növbəti mövsüm Çempionlar Liqasında iştirak edəcəyik. Buna görə də, ölkə çempionluğunu qazanmağımızın lazım olduğunu düşünürəm. Hazırda koronavirusla bağlı məsələ daha vacibdir, amma baş məşqçi və komanda yoldaşlarımla birlikdə irəlilədiyimiz bu mövsümün ləğv edilməsi ədalətsizlik olar”.
Bizi Facebook-da izləyin