Ölkə birinciliyi və Azərbaycan çempionatında ilk qaliblər bəlli oldu

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunda taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birinciliyi, böyüklər arasında isə Azərbaycan çempionatına start verilib.

Komanda.az xəbər verir ki, yarışın ilk günündə 2011-2013-cü il təvəllüdlü yeniyetmə taelvondoçular mübarizəyə qoşulublar.

Günün sonunda oğlanlar arasında 37 kq, 41 kq, 57 kq, 61 kq, 65 kq, +65 kq, qızlar arasında 55 kq, 59 kq, +59 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.

Oğlanlar arasında Musa Süleymanlı (37 kq), Nicat Nadirov (41 kq), Elmir Salimov (57 kq), Rəsul Cavadzadə (61 kq), Yusif Nağızadə (65 kq), Fuad Həsənov (+65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qızların mübarizəsində isə Eda Eren (55 kq), Gulnaz Abdullayeva (59 kq) və Aliyə Məmmədli (+59 kq) qalib olublar.

Çempionat və birincilikdə hər üç yaş qrupu üzrə ümumilikdə 78 klubdan 959 idmançı mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button