“Çelsi”nin yeni rekordçusu
“Çelsi” Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Slaviya”nı 4:3 hesabıyla məğlub edib.
Komanda.az “Opta”ya istinadən xəbər verir ki, sözügedən qarşılaşma “zadəganlar”ın futbolçusu Olivye Jiru üçün əlamətdar olub. Belə ki, fransız futbolçu bu görüşdə fərqlənərək, “Çelsi”nin bir mövsümdə avrokuboklarda ən çox qol vuran futbolçusu olub. 32 yaşlı forvardın hesabında 10 qol var.
Jirudan əvvəl bu rekord Fernando Torresə aid idi. İspan hücumçu “zadəganlar”la 2012/13 mövsümündə 9 qola imza atmışdı.
“Çelsi” “Slaviya”nı ilk oyunda 1:0, cavab matçında isə 4:3 hesabıyla məğlub edərək, Avropa Liqasında yarımfinala yüksəlib. London təmsilçisi bu mərhələdə “Ayntraxt”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin