Kan Noyeri tənqid etdi

“Bayern”in icraçı direktoru Oliver Kan almaniyalı qapıçı Manuel Noyerin klubun qapıçılar üzrə məşqçisi Toni Tapaloviçin qovulması barədə səsləndirdiyi fikirləri tənqid edib.

Komanda.az “Suddeutsche Zeitung”-a istinadən xəbər verir ki, o, həmin sözlərin kapitan olaraq Noyerə yaraşmadığını deyib:

“Noyerin müsahibədə Tapaloviçin qovulması haqda dedikləri kapitan kimi ona və “Bayern”in dəyərlərinə yaraşmır! Qarşıda bizi çox vacib oyunlar gözləyir”.

“Bayern”in əsas qapıçısı Noyerin xizək sürən zaman ayağı sınıb. O, bu səbəbdən komandaya kömək edə bilmir. Bundesliqa klubu almaniyalı qapıçının əvəzinə “Borussiya”dan (Münhenqladbax) Yan Sommeri transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button