Oliver Kan Fransa klubunun sahibi ola bilər

“Bayern”in keçmiş qapıçısı Oliver Kan “Bordo”nun sahibi ola bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa klubunun hazırkı sahibi Jerar Lopeslə danışıqları almaniyalı keçmiş qolkiperin adından “Marsel”in eks prezidenti Jak Anri Ayro aparır.

“Bordo” ötən yay maliyyə problemləri üzündən Fransanın dördüncü divizionuna düşüb və hazırda 12 turdan sonra turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button