
Azərbaycan millisinin rəqibinin üzvü: “Olise oyunumuzda “dəlilik” yaradır”
“Arsenal”ın müdafiəçisi Vilyam Saliba Fransa millisinin yeni oyunçusu Mikael Olisenin komanda üçün əhəmiyyətindən danışıb.
23 yaşlı vinger “Bayern”in əsas oyunçularından birinə çevrilib və artıq Fransa millisinin start heyətində də yer alır.
Komanda.az xəbər verir ki, Saliba mətbuat konfransında həmkarı haqqında maraqlı fikirlər səsləndirib:
“Olise Fransa millisinin texniki liderlərindən biridir. O, oyunumuzda bir az “dəlilik” yaradır, çox yaxşı texnikaya malikdir. Əla insandır, bəzən bir qədər vecsiz olur. Bu da onu daha maraqlı edir. O, çox keyfiyyətli futbolçudur və bizə mütləq kömək edəcək”.
Fransa millisi sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasını qəbul edəcək. Oyun saat 22:45-də start götürəcək.
Bizi Facebook-da izləyin



