Olimpiya çempionunu it dişlədi, xəstəxanalıq oldu

Xizək yarışları üzrə ikiqat olimpiya çempionu Simen Heqstad Kryuqeri itlər dişləyib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, o, səhər qaçışı zamanı itlərin hücumuna məruz qalıb. Teryer cinsindən olan iki it əvvəlcə xizəkçinin ayaqları ilə oynayıb, sonra dişləməyə başlayıblar.

Norveçli idmançı xəstəxanaya getməli olub. Burda ona quduzluğa qarşı iynə vurulub və antibiotiklər təyin edilib.

Kryuqer 2018-ci ildə keçirilən qış olimpiya oyunlarında iki dəfə kürsünün ən yüksək pilləsinə qalxıb. O, həmçinin 15 km-lik yarışda gümüş medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button