“Olimpiakos”da “Qarabağ”la oyundan əvvəl 2 zədəli

“Olimpiakos”un iki əsas futbolçusu “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü tur oyunundan əvvəl zədələnib.

Komanda.az xəbər verir ki, qapıçı Tomaş Vatslik Çexiya millisinin heyətində sıradan çıxıb.

33 yaşlı qolkiper səfərdə İsveçrəyə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı tur matçında xəsarət alıb. Onun yerinə meydana 46-cı dəqiqədə Yindrjix Stanek daxil olub.

Cənubi koreyalı Hvan Uy Co isə Kameruna qarşı yoldaşlıq görüşündə zədə alıb. 72-ci dəqiqədə oyuna daxil olan hücumçu 10 dəqiqə sonra əvəzlənib.

Oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” görüşü saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button