ÇL: “Olimpiakos”un baş məşqçisi hakimliyi tənqid etdi

“Olimpiakos”un baş məşqçisi Xose Luis Mendilibar Çempionlar Liqasının 3-cü turunda “Barselona” ilə oyundan (1:6) sonra VAR protokolunu tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Mən bunu başa düşmürəm, çünki sonda qırmızı vərəqə göstərilir. Hakimdən VAR-dan istifadə etməsi xahiş olunur, lakin o, gedib baxa bilməz”.

Oyunun 57-ci dəqiqəsində baş hakim Urs Şnayder “Olimpiakos”un futbolçusu Santiaqo Esseyə ikinci sarı vərəqə göstərib. Qaydalara görə, oyunçu birbaşa qırmızı vərəqə ilə deyil, ikinci sarı vərəqədən sonra meydandan qovulan zaman VAR müdaxilə edə bilməz.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button