“Olimpiakos”un baş məşqçisi: “Qrup lideri olmaq istəyirik”

Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Karlos Korberan Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirib.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”, “Frayburq” (Almaniya) və “Nant”la (Fransa) birgə G qrupunda yer alan Pirey təmsilçisinin çalışdırıcısı bunları söyləyib:

“Təbii ki, “Olimpiakos”un hədəfi Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazanmaqdır. Ötən mövsüm bunu ikinci yeri tutmaqla bacardıq. Amma bu mövsüm pley-offa qrup lideri kimi çıxmaq istəyirik. Həmçinin yaxşı futbol oynamaq istəyirik. Avropa Liqasındakı istənilən komanda layiqli rəqibdir. “Olimpiakos” böyük ambisiyaları olan klubdur. Vaxtımız azdır. Komandanın bəzi mövqelərini gücləndirməyə çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button