“Olimpiakos” tanınmış futbolçu ilə yollarını ayırıb

Yunanıstanın “Olimpiakos” klubu Xames Rodriqeslə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kolumbiyalı futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“Olimpiakos” Rodriqesi mövsümün əvvəlində transfer etmişdi.

31 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 24 matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button