“Olimpiakos” “Qəbələ”yə rəqib oldu
UEFA Gənclər Liqasında “Puşkaş Akademiya” səddini aşan “Qəbələ”nin növbəti rəqibi “Olimpiakos” olub.
Komanda.az xəbər verir ki, Yunanıstan təmsilçisi ilk mərhələdə İtaliyanın “Leççe” kollektivini hər iki oyunda 3:1 hesabıyla məğlub edib.
Beləliklə, bu komanda ilə Çempionlar yolunun 2-ci mərhələsi çərçivəsində ilk oyun noyabrın 8-də Qəbələdə, cavab matçı noyabrın 29-da Yunanıstanda təşkil ediləcək.
Xatırladaq ki, Azərbaycan futbolu tarixində 2-ci dəfə komandamız mərhələ adlayıb. Hər iki uğura “Qəbələ” imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin