“Olimpiakos” da Avroliqa üçün yekun heyətini açıqladı
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Yunanıstanın “Olimpiakos” klubunun yekun iştirak ərizəsi açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Pirey təmsilçisinin baş məşqçisi Karlos Korberan siyahıya 31 futbolçunun adını daxil edib.
Heyətdə 3 qapıçı, 11 müdafiəçi, 8 yarımmüdafiəçi və 9 hücumçu yer alıb. Komandanın yeni transferlərindən olan Marselo, Coş Bouler, Pep Biel və Panayotis Retsos da siyahıya daxil edilib.
“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
Qapıçılar: 1. Tomaş Vatslik, 88. Kostas Tsolakis, 99. Atanasios-Teologos Papadudis;
Müdafiəçilər: 2. Şime Vrsalko, 4. Panayotis Retsos, 12. Marselo, 14. Tanasis Andrutsos, 15. Sokratis Papastatopulos, 24. Usseynu Ba, 26. Qonsalo Avila, 44. Kostas Manolas, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse, 75. Fotios Kitsos;
Yarımmüdafiəçilər: 5. Andreas Buxalakis, 6. Yann Mvila, 8. Pyer Kunde, 28. Matye Valbuena, 33. Hvanq İn-beom, 55. Xristos Liatsos, 74. Andreas-Rixardos Ntoi, 92. Yannis Karakutis;
Hücumçular: 11. Yussef Əl-Arabi, 17. Marius Vrusai, 18. Hvanq Ui-co, 19. Yorgos Masuras, 20. Coş Bouler, 21. Pep Biel, 47. Abubakar Kamara, 60. Anastasios-Andreas Tselios, 77. Qarri Rodriges.
Bizi Facebook-da izləyin