
“Olimpiakos” Bakıya yola düşdü – FOTO
Yunanıstan “Olimpiakos”u “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyunu üçün Bakıya yola düşüb.
Komanda.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin rəsmi “tvitter” hesabında paylaşım edilib.
Bu gün saat 17:30-da komandanın baş məşqçisi Miçel Qonsalesin mətbuat konfransı keçiriləcək.
Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.


Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin