“Olduqca əhəmiyyətli oyunda sürpriz yaşanmadı”

“Real”ın baş məşqçisi Karlo Ancelotti UEFA Çempionlar Liqasının 1/4 finalının “Çelsi” ilə cavab oyunundan sonra (2:0) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, matçın olduqca əhəmiyyətli olduğunu deyib:

“Bu matçda qalib gəlmək üçün dözüm göstərməli idik. Olduqca əhəmiyyətli və “Çelsi” kimi komandaya qarşı oyunda sürpriz yaşanmadı. Matçın əvvəlində sol cinahda problemlər olsa da, qısa zamanda onları həll etdik”.

İki oyunun nəticəsinə əsasən, “kral klubu” London təmsilçisini 4:0 hesabı ilə məğlub edib və yarımfinala vəsiqə qazanıb.

“Real” növbəti mərhələdə “Bayern” – “Mançester Siti” cütünün qalibi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button