“Bu gün mətbuatda şayiə yaymaq çox asandır” – “Mançester Yunayted”in futbolçusu
“Mançester Yunayted”in və Portuqaliya millisinin yarımmüdafiəçisi Bruno Fernandes Səudiyyə Ərəbistanı klublarının onu transfer etmək istəməsi ilə bağlı yayılan xəbərlərə cavab verib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, şayiələrə əhəmiyyət vermədiyini bildirib:
“Mən bütün diqqətimi milli komandaya və “Mançester Yunayted”ə yönəltmişəm. Olduğum yerdə xoşbəxtəm. Milli komandada çox yaxşı vaxtlarımız olub, amma “Mançester Yunayted”də yox. Mən şayiələrə baxmıram, onlara fikir vermirəm. Bu gün mətbuatda şayiə yaymaq çox asandır. Mən hədəflərim üzərində cəmləşməyə üstünlük verirəm”.
Portuqaliyalı futbolçu bu mövsüm bütün turnirlərdə 17 matçda iştirak edib, dörd qol vurub və üç məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Bizi Facebook-da izləyin