“Ola bilsin, beş ildən sonra deyəcəm ki, çox erkən təqaüdə çıxdım”
Toni Kroos yayda təqaüdə çıxması haqda danışıb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, hazırda bu qərarı ilə bağlı xoşbəxt olduğunu söyləyib:
“Mən həmişə karyeramı ən yüksək səviyyədə başa vurmaq istəmişəm. Bir çox yüksək səviyyəli oyunçularla oynamışam, çox az adam bunu bacarıb. Başqa amillər də var idi. Daimi səyahətlər və ailədən ayrılıq illər ərzində məni yorurdu. Ola bilsin, beş ildən sonra deyəcəm ki, çox erkən təqaüdə çıxdım, amma indi özümü yaxşı hiss edirəm”.
Kroos “Real”da 10 mövsüm keçirib. O, bu müddət ərzində 6 Çempionlar Liqası kuboku da daxil olmaqla çoxsaylı titullar qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin