Okeanın o tayına getməyə razıdır – “Napoli”nin futbolçusu
“Los Anceles” “Napoli”nin hücumçusu İrvinq Lozanonu transfer etmək üçün çalışır.
Komanda.az “Wdeportes”-ə istinadən xəbər verir ki, futbolçunun özü də karyerasını MLS-də davam etdirmək variantına müsbət yanaşır. Keçid baş tutsa, onunla dörd illik müqavilə imzalana bilər.
Lozano ilə İngiltərənin “Lids” və “Everton” klubları, eyni zamanda, Səudiyyə Ərəbistanının bir neçə təmsilçisi da maraqlanır.
28 yaşlı futbolçu 2019-cu ilin avqustundan “Napoli”də çıxış edir. Onun Neapol klubu ilə sözləşməsi 2024-cü ilin yayına qədər qüvvədədir.
Lozano başa çatan mövsümdə 41 oyuna çıxıb, 4 qol vurub və 4 qolun məhsuldar ötürməsini edib.
Xatırladaq ki, Lionel Messi, Serxio Buskets, Karlos Vela, Jordi Alba kimi futbolçular da ABŞ-da çıxış edirlər.
Bizi Facebook-da izləyin